Yüksək vəzifəyə təyin olunan Arzu Cavadova kimdir? - DOSYE
28-07-2023, 18:11
65

Yüksək vəzifəyə təyin olunan Arzu Cavadova kimdir? - DOSYE

ÖNDERTV.ORG

Prezident İlham Əliyev Arzu Sahib qızı Cavadovanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi barədə Sərəncam imzalayıb.

ÖNDERTV.ORG xatırladır ki, Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.

1994-1995-ci illərdə ABŞ-nin UNOCAL Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.
1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb.
1999-cu ildən 2007-ci ilədək ABŞ-nin “Frontera Resourses” şirkətində baş geoloq, “Salyan OYL” şirkətində işlənmə üzrə geoloq, “Delta Hess (ACG) Ltd.” şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib.
2007-ci ildən bp şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən son təyinatına qədər geoloq vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub.
Geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifi olan Arzu Cavadova 4 ildir ki, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir.

ÖNDERTV.ORG


Oxşar xəbərlər