İlham Əliyev: Bosniya və Herseqovina ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq bizim üçün çox maraqlıdır
13-04-2023, 17:18
111

İlham Əliyev: Bosniya və Herseqovina ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq bizim üçün çox maraqlıdır

ÖNDERTV.ORG


Energetika sahəsində çox geniş imkanlar var. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmaların aparılacağını da vurğulayan dövlətimizin başçısı bildirib: "Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.



ÖNDERTV.ORG

Oxşar xəbərlər