Matın 6-da Beynəlxalq  Muğam Mərkəzində xanəndə Zümrüd Məmmədovanın solo konserti böyük müvəffəqiyyətlə keçdi.
7-03-2024, 17:08
40

Matın 6-da Beynəlxalq Muğam Mərkəzində xanəndə Zümrüd Məmmədovanın solo konserti böyük müvəffəqiyyətlə keçdi.



Matın 6-da Beynəlxalq  Muğam Mərkəzində xanəndə Zümrüd Məmmədovanın solo konserti böyük müvəffəqiyyətlə keçdi.
Xanəndə, beynəlxalq müsabiqələr laureatı,  xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti olan Zümrüd xanım saat yarım ərzində fasiləsiz olaraq əksəriyyəti bəstəkar mahnıları olmaqla muğam parçaları ilə də tamaşaçılara gözəl bir axşam ərməğan etdi.
Zümrüd Məmmədova 18 aprel 1956-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində doğulmuşdur. İncəsənətə ruhən bağlı ailənin ilk övladı Zümrüd musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində almış, paralel olaraq isə tibb kollecində də oxumuşdur . Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş buranı da fərqlənmə diplomu ilə başa vurmuşdur.
 İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olmuşdur. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın xarici ölkələrdə uğurlar qazanmış, Bayrağımızı yüksəltmiş, laureat adlarını qazanmışdır.
1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solistidir. İncəsənət Universitetinin dostenti və müəllimi olmuşdur. Paralel olaraq İncəsənət gimnaziyasında Müəllimlik fəaliyyəti ilə məşğuldur. Hazırda Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, böyük elmi işçisi vəzifəsində çalışır.Yaradıcılığına paralel olaraq elmi fəaliyyətlə məşğuldur. Muğamlarımızın tarixini araşdırmaqda, elmi məqalələr, metodik tövsiyələr və s. yazmaqdadır.
1998-ci ildə "Əməkdar artist", 2003-cü ildə "Xalq artisti" fəxri adları ilə təltif edilmiş, fərdi Prezident təqaüdü ilə təmin edilmişdir. 
Ailəlidir. 1 qızı var. Övladı İlahə Qismət (israfilova) ali təhsilli bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijor, Bakı Musiqi Akademiyasının əməkdaşıdır. 
ETİBAR ƏLİYEV 
7 mart 2024-cü il.

Oxşar xəbərlər