
Cəmiyyət / Mədəniyyət
18-03-2023, 19:40
108
Şöhrət və Şərəf ordenli, Azərbaycanın xalq artisti, professor, Canəli Əkbərovun xatirə gecəsi.


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə, Şöhrət və Şərəf ordenli, Azərbaycanın xalq artisti professor, Canəli Əkbərovun xatirə gecəsini təşkil edilmişdir. Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova giriş sözü ilə açaraq bildirdi ki, xalq artisti Canəli Əkbərovun məşhur ustad sənətkarlarımızın yanında keçdiyi sənət məktəbi nəticəsində, uğurlu yaradıcılıq yolu, milli musiqi mədəniyyətimizin inkişafı və təbliğində uğurlu nailiyyətləri olmuşdur. Daha sonra söz tədbirin təşkilatcılarından olan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə verildi. Tofiq Əli-zadə cıxışı zamanı söylədi ki, Muğamlarımız mənəvi kamillik yoludur. Onunla təmasda olmaqla, Allahın hər yerdə olduğunu dərk edirsən. Muğam həm də əsrlərin içindən bizə gəlib çıxan milli - mənəvi sərvətimizdir. İnsan duyğularının mübhəm çalarlarını aşkar edən muğam, gündəlik məişətdən tutmuş, kainatın qanunlarınadək hər şeyi özündə əks etdirir. Yalnız muğam bu fani dünyanın mahiyyətini üzə çıxara, insana kamillik, həqiqi xoşbəxtlik yolunu göstərə bilər.Bu sahədə də İslam Abdullayev,Cabbar Qaryaqdı oglu Şuşalı, Seyid Suşalı, Xan Şuşalı və onlardan sonra muğam sənətinə gələn onlarla sənəkarların icərisində xanəndə Canəli Əkbərovun misilisiz xidmətlər var. Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi tərəfindən muğam ustadı olmuş, professor Canəli Əkbərovla bağlı həm onun saglığında, həm də dünyasını dəyişəndən sonra da, 7 tədbir təşkil olunmuşdur.
Tədbirdə daha onra cıxış edən Xalq artisti Zaur Rzayev və ustad xanəndə Aqil Məlikov, Canəli Əkbərovla baglı xatirələrindən danışaraq, bildirdilər ki, müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkminləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, elmi şurasının üzvü, Muğam ifaçılığı kafedrasının müdiri olduğu zamanı, adlı-sanlı muğam ifacıları yetirmişdi.
Daha sonra cıxış edənlərdən “Söz “ jurnalının baş redaktoru Sevda Əlibəyli, “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Tahir Sadıqov, Canəli Əkbərovun qardaşı Tərlan Əkbərov və başqaları Canəli Əkbərovun muğam ifacılığının inkişafında böyük xidmətlərindən danışdılar. Ustad muğam sənətkarı olmuş,Azərbaycanın xalq artisti, sohrət və Şərəf ordenli, professor Cənəli Əkbərov qədir bilən və muğam sevər Azərbaycan xalqının xatirəsində daima yaşayaçaqdır .








