”Unutmağa haqqımız yox!”.
27-02-2024, 21:18
113

”Unutmağa haqqımız yox!”.

ÖNDERTV.ORG





Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində əsrin
faciəsi, görünməmiş vəhşiliyi ilə qan yaddaşımıza əbədi həkk olunan
erməni qaniçənlərinin törətdikləri Xocalı soyqırımının 32-ci ildönümü
qeyd edildi.


Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyətgöstərən Sumqayıt Tarixi Muzeyi və Azərbaycan Yazıçılar Birliyinin
Sumqayıt Bölməsinin birgə təşkilatçılığı ilə, Sumqayıt Tarixi Muzeyində
təşkil olunan tədbirə təşrif buyuran qonaqlar əvvəlcə Xocalı soyqırımına
həsr olunmuş foto-stendlə tanış oldular. Burada muzeyin fondunda
qorunub saxlanılan tarixi şəkillər, təsviri incəsənət əsərləri, Xocalı
hadisəsi ilə bağlı işıq üzü görən müxtəlif səpkili kitablar... yer almışdı.
Tədbir Vətənin azadlığı və bütövlüyü uğrunda mübarizədə canlarından
keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başladı. Muzeyin direktor əvəzi Namiq Əliyev tədbiri giriş sözü ilə
açaraq, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən
dəhşətli qətliamdan – tarixə “Xocalı soyqırımı” kimi qara hərflərlə
yazılan misli-görünməmiş faciədən danışdı. Daha sonra, Xocalı
hadisəsinə həsr olunmuş “Qisas qiyamətə qalmadı” adlı video-çarx
nümayiş olundu və muzeyin “Kütləvi ekspozisiya” şöbəsinin əməkdaşı
Nərmin Kərimli Azərbaycan tarixində düşmənin törətdiyi soyqırımlar,
Xocalı şəhərinin tarixi və baş verən qanlı cinayətlə bağlı geniş məlumat
verdi.
AYB-nin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin çıxışı zamanı
vurğuladı ki, “bügünkü gündə Xocalı hadisəsi baş verən zaman o ağrı-
acıları yaşayaraq qələmə alan, hər zaman öz sözünü deməyi bacaran və
düşmənin iç üzünün dünyaya tanıdılması istiqamətində əlindən gələni
edən qələm adamlarını, ağsaqqal insanları dinləmək, onların
gənclərimizə məsləhətlərini eşitmək daha yaxşı olar. “Nə üçün bizim
başımıza belə hadisələr gəlir?”, “Bəlkə biz, doğrudan da, hər şeyi tez
unuduruq?!” kimi suallara aydınlıq gətirmək, gənclərin fikirlərini öyrənmək vacibdir”. G.Cəmaləddin daha sonra sözü tədbirdə qonaqqismində iştirak edən şəhər ziyalılarına verdi.

Respublikanın Əməkdar müəllimi, Prezidentin fərdi təqaüdçüsü Ofelya
Babayeva, Qabaqcıl təhsil işçisi, “Tərəqqi” medallı Əvəz Mahmud
Lələdağ, Əməkdar Mədəniyyət işçisi, Fililogiya elmləri doktoru,
professor Rafiq Yusifoğlu, Sumqayt Şəhər İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədri Hümbət Quliyev, həmçinin qələm adamlarından
Asif Asiman, Xəqani Abbaslı, media nümayəndələri İlhamə
Məhəmmədqızı, Aygün Hacıyeva, müzeyin “Kütləvi ekspozisiya”
şöbəsinin müdiri Sevinc Əmirova çıxışlarında “Böyük Ermənistan”
xülyası ilə yaşayan mənfur düşmənin tarixən xalqımıza qarşı apardığı
etnik təmizləmə, təcavüz, soyqırım, işğalçılıq... siyasətindən, bəşər
tarixində görünməmiş vəhşiliyindən, özlərinə tay olan havadarlarından...
söz açdılar. Qeyd olundu ki, Xocalı qətliamı dünyada analoqu olmayan,
insanlığa qarşı yönəldilmiş ən amansıq qəddarlıq aktıdır. 32 il keçməsinə
baxmayarq, 150 nəfərin taleyi hələ də məlum deyil.

Natiqlər qazanılan Zəfəri xüsusi vurğulayaraq bildirdilər ki, Ölkərəhbəri, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti,
DƏMİR YUMRUĞu, Vətənin qeyrətli oğullarının, müzəffər
Ordumuzun, ən sası isə, Rəhbər və Xalq birliyinin sayəsində təkcə
Xocalı soyqırımı qurbanlarının deyil, tarixən “BÜTÖV
AZƏRBAYCAN” naminə mübarizə meydanında şücaət göstərərək
ŞƏHİDLİK ZİRVƏSİnə ucalan bütün Şəhidlərinmizin qisası alındı. Bu
gün artıq işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma,
quruculuq, bərpa işləri yüksək sürətlə aparılır. Yurd yerlərindən didərgin
düşmüş insanlar artıq ata-baba ocaqlarına qayıdırlar. Ötən günlərin ağrı-
acıları arxada qaldı, artıq xocalılar həsrət qaldıqları torpaqlara sevinclə
ayaq basırlar...
Tarixi keçmişə nəzər yetirən, günahsız insanların başlarına gətirilən
müsibətləri ürək ağrısı ilə yada salan qonaqlar “Dəyirmi masa”da iştirak
edən gəclərə - Sumqayıt Dövlət Unuversitetinin və Sumqayıt Musiqi
Kollecinin tələbələrinə öz tövsiyələrini verməyi də unutmadılar.
Sonda muzeyin rəhbəri Namiq Əliyev, maraqlı fikir mübadiləsinə görə,
tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və sabahımızın təminatçıları
olan gənclərimizə xoş arzularını dilədi.

İllər, əsrlər keçsə də, erməni qatillərinin törətdikləri “Xocalı qətliamı”
heç bir zaman unudulmayacaq! Dostumuzun, düşmənimizin kim
olduğunu, tarixin acı yaşantılarını unutmağa haqqımız yox, PARLAQ
GƏLƏCƏYİMİZ NAMİNƏ!
Aygün Hacıyeva,
AJB, AYB, AAB-nin üzvü

Fotolar Elşən Tağıyevə məxsusdur.

Oxşar xəbərlər