Gündəm / Siyasət
14-12-2023, 19:21
227
SUMQAYIT POEZİYA EVİNDƏ ƏSƏD CAHANGİRLƏ GÖRÜŞ KEÇİRİLDİ
ÖNDERTV.ORGBu günlərdə Yazıçılar Birliyinin Sumqayıt bölməsinin təşkilatçılığı ilə, Sumqayıt şəhər Poeziya evində Azərbaycan ədəbiyyatının tanınmıış imzalarından biri - ədəbiyyatşünas, şair, tənqidçi,tərcüməçi, esseist, Folologiya üzrə fəlsəfə doktoruƏsəd Cahangirlə görüş keçirildi. Tədbirdə AYB-nin üzvləri, yaradıcı insanlar, gənc nəslin nümayəndələri olan məktəblilər və tələbələr, həmçinin Əsədsevərləriştirak edirdilər.İlk əvvəl Poeziya evnin direktoru, AYB-nin Poeziya seksiyasının rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslı çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamladı. O, görüşün səbəbkarı barədə fikirlərini bildirdikdən sonra sözü tədbirin təşkilatçısı və aparıcısı Gülnarə Cəmaləddinə verdi. Tədbirin aparıcısı, AYB-nin Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin tədbir iştirakçılarına“xoş gəlmisiz” dedikdən sonra, tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Sumqayıt Dövlət Universitetininrəhbərliklərinə təşəkkürünü bildirdi. Daha sonra o, Əsəd Cahangirin Azərbaycan ədəbiyyatında yeri və rolundan söz açaraq, yaradıçılığı ilə bağlı, geniş məlumat verdi. Qeyd etdi ki, dörd ali məktəb bitirən, bir çox dövlət qurumlarında yüksək vəzifələrdə çalışan, həyatının 12 ilini AYB-nin divarları arasında ədəbi fəaliyyətlə məşğul olan və 25 kitabı işıq üzü görən fitri istedadlı və zəhmətkeş İnsan - Əsəd Cahangir fəaliyyəti dövründə, üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək, işinə vicdanla yanaşmış, yaradıcılığı ilə qələm əhlinin və oxucularının dərinrəğbətini qazanmışdır. Tədbirdə iştirak edən qonaqlar: AYB sədrinin Baş müşaviri Rauf Aslanov, AYB-nin katibi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şair Daməd Salmanoğlu səbəbkarın həyat və yaradıcılığından, həyata fərqli baxışı və yazı üslubundan, yaradıcılığa obyektiv olaraq tənqidi yanaşma tərzindən, həmçinin şairin fərdi insani keyfiyyətlərindən söz açdılar.Daha sonra çıxış edən Əsəd Cahangir Azərbaycan ədəbiyyatı və onun bugünkü problemlərindən danışdı, tədbirdə iştirak edən gənc oxucuların suallarını cavablandırmaqla yanaşı, onlara öz tovsiyələrini verdi.Tədbirin yüksək səviyyədə təşkilindən razı qalan və görüşdən məmnun olan şəhər ziyalılıarı, tanınmış qələm sahibləri – Ofelya Babayeva, Rafiq Yusifoğlu, Rəfiqə Şəms, Xatirə Fərəcli, Şəhid anası Mayisə Həsənquliyeva, Almaz Bəyazid, Nazir Rüstəm, Hümbət Quliyev, Hafiz Nəzərli, Xan Rəsuloğlu, Ədalət Əroğlu, Gülnar Ümid, Süleyman Həziyev və digərləri Əsəd Cahangirə sağlam ömür və yaradıcılıq uğurları dilədilər.Çıxışlar zamanı o da vurğulandı ki, Azərbaycanın parlaq sabahının təminatçıları olan bugünkü nəslin gənc nümayəndələri ilə yaradıcı insanların görüşünün təşkili yeniyetmə-gənclərin təlim-tərbiyəsində, həyata baxışında, qələm əhlini daha yaxından tanımasında... müsbət hal olmaqla yanaşı, istedadlıların üzə çıxmasında mühüm rol oynayır.Sonda Əsəd Cahangir təşkilatçılara və tədbir itirakçılarına təşəkkürünü bildirdi və gənc oxucularına kitablarınıı imzası ilə hədiyyə etdi. Fotoqraf Etibar Bənnayevin çəkdiyi şəkillər həmin günün xoş xatirəsi tək yaddaşlara həkk olundu.Aygün Hacıyeva, AJB, AYB və AAB-nin üzvü