Azərbaycanlı nazir ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb
23-02-2024, 14:52
47

Azərbaycanlı nazir ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb

ÖNDERTV.ORG


ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini xanım Syu Biniazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

ÖNDERTV.ORG  xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Oxşar xəbərlər