Əli Əsədov yenidən Baş nazir oldu - Yenilənib
16-02-2024, 10:34
260

Əli Əsədov yenidən Baş nazir oldu - Yenilənib

ÖNDERTV.ORG


Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

ÖNDERTV.ORG un xəbərinə görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.
Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
***
Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında məsələ spiker Sahibə Qafarova tərəfindən səsverməyə çıxarılıb.
Müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.
Hazırda Baş nazir parlamentdə çıxış edir.
Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

Oxşar xəbərlər