Yeni nazir kimdir?
18-11-2023, 19:09
181

Yeni nazir kimdir?

ÖNDERTV.ORG


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.

ÖNDERTV.ORG yeni nazirin dosyesini təqdim edir:

Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını, daha sonra isə Xəzər Universitetinin magistr proqramıni bitirib. 

“Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor və "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.

Oxşar xəbərlər