
Gündəm / Siyasət / Cəmiyyət
26-01-2024, 18:15
200
Prezident seçkisini işıqlandırmaq üçün müraciət edən beynəlxalq media qurumlarının sayı açıqlandı
ÖNDERTV.ORG
“Növbədənkənar prezident seçkisinə xarici medianın marağı böyükdür”.
ÖNDERTV.ORG xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 23 media qurumunun 61 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.