“Qırmızı kitabı”a düşmüş quşları tutub həyətində saxlayan şəxsə inzibati tənbeh tədbiri tətbiq olunub
24-01-2024, 19:22
141

“Qırmızı kitabı”a düşmüş quşları tutub həyətində saxlayan şəxsə inzibati tənbeh tədbiri tətbiq olunub

ÖNDERTV.ORG


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 24-də Hacıqabul rayonu ərazisində keçirilən belə tədbir zamanı Padar qəsəbəsində yaşayan Asif Emnalıyevin adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz olaraq tutub həyətində saxlaması və satışı ilə məşğul olması müəyyənləşdirilib.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər