Çinli ekspert: Azərbaycandan keçən dəhlizlər böyük əhəmiyyətə malikdir
13-01-2024, 19:32
31

Çinli ekspert: Azərbaycandan keçən dəhlizlər böyük əhəmiyyətə malikdir

ÖNDERTV.ORG


Azərbaycandan keçən dəhlizlər böyük əhəmiyyətə malikdir.
Bunu açıqlamasında Çin Dövlət Şurası (Nazirlər Kabineti) yanında İnkişaf Tədqiqatları Mərkəzinin Avrasiya İctimai İnkişaf İnstitutunun direktor müavini Su Tao bildirib.
Azərbaycanda səfərdə olmamasından təəssüfünü ifadə edən ekspert vurğulayıb ki, müxtəlif vaxtlarda ölkəmizdə çalışan yaxın tanışları, o cümlədən Çinin Bakıdakı səfirləri və diplomatları vasitəsilə ölkəmiz haqqında xeyli məlumat əldə edib.
Beynəlxalq məsələlərlə bağlı araşdırma apardığı üçün Cənubi Qafqazdakı vəziyyəti də diqqətdə saxladığını bildirən Su Tao deyib: “Bizə məlumdur ki, hazırda Azərbaycan ilə Çin arasında münasibətlər çox sürətlə inkişaf edir. Bu, çox vacibdir, xüsusilə də “Kəmər və yol” təşəbbüsü baxımından. Azərbaycanın yerləşdiyi region çox mühüm bölgədir və ölkədən keçən dəhlizlər böyük əhəmiyyətə malikdir. İstəyimiz odur ki, Çin ilə Azərbaycan arasında əməkdaşlıq inkişaf etsin, daha yüksək səviyyəyə qalxsın. Bu, hər iki ölkənin xalqları üçün həm vacib, həm də faydalıdır”

Oxşar xəbərlər