Nazir: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb"
28-12-2023, 21:06
268

Nazir: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb"

ÖNDERTV.ORG

Qoşulmama Hərəkatında (QH) Azərbaycanın sədrliyi başa çatmaq üzrədir. Azərbaycanın sədrliyi dönəmində dünyada təşkilata marağın artmasının şahidi olduq.
Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında "Report"un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Hərəkata sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb.
“Çətin dönəmdə QH üzvlərinin Azərbaycana verdikləri dəstək də göz önündədir. Bu, vacib məqamdır. Azərbaycanın sədrliyi 120 ölkənin yetkin razılığı ilə daha 1 il də uzadıldı və ümumi sədrlik müddəti 4 il oldu. Növbəti ildə də Azərbaycanın Hərəkatın fəaliyyətində “troyka” üzv kimi vacib rolu olacaq. Bu təşkilatı ciddi şəkildə irəli aparmaq bizim üçün əvəzolunmaz təcrübədir”.

Oxşar xəbərlər