İsrail fələstinli məhbusların ikinci qrupunu azad edib
26-11-2023, 09:09
58

İsrail fələstinli məhbusların ikinci qrupunu azad edib

ÖNDERTV.ORG


İsrail Qəzzadan olan fələstinli məhbusların ikinci qrupunu azad edib. 

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Həbsxanadan çıxan fələstinlilər Fələstinin iki əsas bölgəsindən biri olan İordan çayının qərb sahilinə aparılıb. Keçmiş məhbusları daşıyan avtobuslar Beytuniya şəhərinə gəlib.
Telekanalın məlumatına görə, onları qarşılamaq üçün şəhərə yüzlərlə yerli sakin, o cümlədən həbsdən çıxanların qohumları toplaşıb.
Bununla belə, İsrail ordusu aydınlaşdırıb ki, Qızıl Xaç Cəmiyyətinin bildirdiyi kimi ölkəsinə 20 deyil, cəmi 17 girov gəlib. Noyabrın 26-da bazar günü gecə yarısına qədər azad edilməli olan daha üç girovun taleyi hələ də məlum deyil.

Oxşar xəbərlər