Qəzzada ölənlərin sayı 4000-i ötüb
20-10-2023, 19:05
86

Qəzzada ölənlərin sayı 4000-i ötüb

ÖNDERTV.ORG


Oktyabrın 7-dən bu günə qədər Qəzzada dünyasını dəyişən fələstinlilərin sayı 4218 nəfərə çatıb.

ÖNDERTV.ORG TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Daha 14 400 nəfərin isə yaralandığı bildirilir. 
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Oxşar xəbərlər