Nazir: Azərbaycanla BƏƏ arasındakı əlaqələr qarşılıqlı dostluq münasibətlərinə əsaslanır
22-11-2023, 21:22
64

Nazir: Azərbaycanla BƏƏ arasındakı əlaqələr qarşılıqlı dostluq münasibətlərinə əsaslanır

ÖNDERTV.ORG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı hörmət və dostluq münasibətlərinə əsaslanır. 
BƏƏ-nin bir sıra şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak edirlər. 

ÖNDERTV.ORG xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə noyabrın 22-də Bakıda keçirilən rəsmi qəbulda deyib.

Ölkələrimiz arasındakı əlaqələrin, təmasların getdikcə intensiv xarakter aldığını qeyd edən nazir bir sıra istiqamətlər kimi tələbə mübadiləsində də əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. 
Vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına imkan verir. 
“İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edərək dərinləşəcək”, - deyə Emin Əmrullayev bildirib.

Oxşar xəbərlər