Bakıda “Agile Azərbaycan Beynəlxalq Sammit”i keçirildi.
6-11-2023, 14:44
420

Bakıda “Agile Azərbaycan Beynəlxalq Sammit”i keçirildi.


ÖNDERTV.ORG


Bakıda “Agile Azərbaycan Beynəlxalq Sammit”i keçirildi.

Noyabrın 4-də ABB, BP və PASHA həyat sığorta şirkətlərinin maliyyə dəstəyi ilə “Agile Azərbaycan Beynəlxalq Sammit”i uğurla baş tutdu. Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs burada bir araya gəldi. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Elə tədbirin məqsədi də Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır.300-dən çox iştirakçının qatıldığı tədbirdə müxtəlif mövzularla çıxış edən Con Kolman, Alize Hofmister, Artur Marqonari, Kris Jon, Mehmet Yitmen, Maria Qhlonti, Tolga Kombak, Kristof Martino, Caner Çinar və Vladimirs İvanovs auditoriyanın marağını cəlb etdilər.Bir çox ölkələrdən gələn spikerlərlə yanaşı lokal spikerlər də panel müzakirələrində iştirak etdi.Tədbir zamanı Abbas İbrahimov, Bəxtiyar Aslanbəyli və Niyaz İsmayılov "Responding to Change and Servant Leadership", Həsən Eminov, Nərgiz Mustafayeva və Ramilə Quliyeva "Agility Explored: A Cross-Organizational Exchange" panel müzakirələrində fikirlərini iştirakçılarla bölüşdülər.[spoiler][/spoiler]Qeyd edək ki, bu, ikinci Agile sammitidir. Ənənəvi hal alan tədbirin gələn il yenidən keçirilməsi planlaşdırılır.Tədbirin təşkilatçısı: Nərminə Əliyeva, Agile Azərbaycan cəmiyyətinin lideri.

Oxşar xəbərlər