Azərbaycan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib - FOTO
7-12-2022, 16:40
103

Azərbaycan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşərək onunla iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, M.Cabbarov qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri davamlı inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir, yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.
R.Meredov isə Azərbaycan-Türkmənistan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu bildirib, tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında energetika, investisiya, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.

ÖNDERTV.ORG 

Oxşar xəbərlər