Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü
26-09-2023, 20:17
77

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

ÖNDERTV.ORG


Bu gün Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.
Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutub. 
Görüşdə Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsi ermənilərinə yardım göstərmək və təhlükəsizliyini təmin etmək planlarından danışıb.
Hacıyev və Qriqoryan Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair addımları da müzakirə ediblər.

Oxşar xəbərlər