“Yardım Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırılacaq”
10-09-2023, 17:40
162

“Yardım Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırılacaq”

ÖNDERTV.ORG

“Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırılacaq”.
ÖNDERTV.ORG “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev mətbuata müsahibədə bildirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentinin sözlərinə görə, Rusiya hökumətinin təşəbüsü ilə ərzaq yüklərini gətirən işçi qrup yorğun olduğundan dincəlmək üçün bir qədər Bərdə şəhərində dincəlirlər və bu səbəbdən ərzaqların Xankəndinə çatdırılması gecikir.
“Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq yükü Bərdəyə çatıb. Yüklər Ağdam-Xənkəndi yolu ilə Xənkəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılacaq”, - o bildirib.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Oxşar xəbərlər