Paşinyan ərazi bütövlüyümüzü tanımaqdan imtina etsə… - Video
2-09-2023, 14:44
104

Paşinyan ərazi bütövlüyümüzü tanımaqdan imtina etsə… - Video

ÖNDERTV.ORG

Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və “Qarabağ”ın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı, Qərbi Zəngəzura da nəzarət edəcək.
 

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: “Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır”. Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib.
Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun, Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, gerigönüş olmayacaq. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir”, - politoloq bildirib.



Müəllif: Axar

Oxşar xəbərlər