“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. - Heydər Əliyev
10-05-2023, 09:39
216

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. - Heydər Əliyev

ÖNDERTV.ORG


“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. - Heydər Əliyev

O hər bir çıxışında dövlətin, cəmiyyətin və ölkəmizin parlaq gələcəyini məhz bizlərə etibar edirdi. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev hər zaman qəlbi Azərbaycan xalqı ilə döyünürdü. Ölkəmizin inkişafı, parlaq gələcəyi naminə dayanmadan, əzmlə çalışırdı. Bizlərə bu günki müstəqil Azərbaycanı miras qoyan şəxsiyyət hər zaman xalqın ürəyində yaşayır və əbədiyyən yaşayacaq. 
Məlumdur ki, bir ölkəni zirvələrə daşımaq üçün öncəliklə siyasi plan qurmaq lazımdır. Cənab Əliyevi dahi edən də onun əsasını qoyduğu siyasətin mərkəzində gənclərin, Azərbaycan gəncliyinin dayanması idi. Onun gəncliyə ümid dolusu yanaşması heç də təsadüfi deyildi. Çünki yeni nəsil innovativ düşüncəli, müasirliyə meyilli olur. Yeni kadrlarda da bu xüsusiyyətlər cəmiyyətin hər bir sahəsinin inkişafına böyük zəmin yaradır.
Ümumilli liderimiz də öz hakimiyyəti illərində gənclər siyasətinin davamlı və səmərəli olması üçün iqtisadi, siyasi, sosial sahələrdə dəyişikliklərə və yeniliklərə imza atdı. Bu gün biz gənclərə örnək olan alibaşkomandanımız İlham Əliyevi yetişdirən də ulu öndərimiz olub. Onun gördüyü işlər bizlər üçün mayak rolunu oynayır. Müasir dövrdə demək olar ki, xaoslu bir periodda bizim cığırımız, yolumuz o qədər sağlamdır ki, biz yalnız qələbə qazanırıq, yeni nailiyyətlər əldə edirik.
Qəlbimizdə 30 illik yara ilə yaşayan xalq idik biz. Amma zamanla nə iradəmiz, nə də ki əzmimiz qırıldı. Çünki, öndərimiz hər zaman çıxışlarında bizim Şuşaya, Qarabağa geri dönəcəyimizi böyük əminliklə bildirirdi. Bu güvən və iman bizi öz torpaqlarımıza geri apardı. Heydər Əliyevin təməlini qoyduğu siyasət nəticəsində yeni nəsil, gənclik öz zəfər dolu izlərini tarixə həkk etdi. Dünyaya səs salan qələbimizin mərkəzində Azərbaycan gəncliyi, onun vətənpərvərliyi, ölkəsinə, millətinə, əqidəsinə, dövlətinin qurucusuna sadiqliyi dayanırdı.
Öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyini həm təhsilli, həm mədəni, həm vətənpərvər, həm də Vətəninə, millətinə, kökünə bağlı yetişdirmək üçün bütün addımları atmışdır. Bu gün onun sayəsində imzamız imzalar içindədir, sözümüz qanunlar toplusundadər, bir baxışımız, yerişimiz siyasi arenada əsas rol oynayır. Tarix bizə 100 ilin, bəlkə də yüz əsrin incisini bəxş edib.
Tarixi zəfər dolu Azərbaycan adlı məmləkətin bir gənci kimi üzərimə düşən vəzifələri canı könüldən icra edib, hər zaman Azərbaycanın dünyaya günəş kimi doğması uğrunda əlimdən gələni edəcəyəm!



Elnurə Cəfərzadə, "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin icraçı direktoru 

ÖNDERTV.ORG

Oxşar xəbərlər