"Qarabağda 1 milyona yaxın mina var"- Hikmət Hacıyevdən "CNN Türk"ə SENSASİON MÜSAHİBƏ
20-08-2023, 09:10
414

"Qarabağda 1 milyona yaxın mina var"- Hikmət Hacıyevdən "CNN Türk"ə SENSASİON MÜSAHİBƏ

ÖNDERTV.ORG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "CNN Türk"ə Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib.

ÖNDERTV.ORG xəbər verir ki, Hikmət Hacıyev müsahibəsində bir çox önəmli məqamlara toxunub.
Hikmət Hacıyev qeyd edib ki, Qarabağda silahlı 10 min erməni əsgəri var. Prezidentin köməkçisi bildirib ki, Ermənistanın dövlət büdcəsindən ildə Qarabağdakı separatçı rejimi dəstəkləmək üçün 360 milyon dollar vəsait ayrılır:
"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və revanşist siyasətinin davam etməsidir".
O, Azərbaycanın bölgədəki mülki erməniləri Azərbaycan vətəndaşı kimi qəbul etdiyini də deyib: "Cənab prezidentimiz də təsdiqlədi ki, biz Qarabağ ermənilərini Azərbaycan vətəndaşı hesab edirik. Amma onlar da Azərbaycan qanunlarına əməl etməli və onları qəbul etməlidirlər. Ermənilər Xankəndi-Ağdam yolundan çəkinirlər. Bunun məntiqini anlamaq çox çətindir. Yol mədəniyyətdir, sivilizasiyadır. Bu, beynəlxalq və şəxsiyyətlərarası münasibətdir".
Hacıyev Azərbaycanın Zəngəzur dəhlizini açmağa hazır olduğunu, lakin Ermənistanın kritik layihənin qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib: "Ermənistan torpaq iddialarına son qoysa, Azərbaycan və Türkiyə sərhədlərini sinxron şəkildə açar və Ermənistan da bundan faydalana bilər. Təəssüf ki, Ermənistan bu sərhədlərin açılmasının qarşısını almaq üçün əlindən gələni edir".
Müsahibənin tam versiyasını təqdim edirik:




 

ÖNDERTV.ORG

Oxşar xəbərlər