“Azəriqaz”ın növbəti aksiyası bu rayonlarda keçiriləcək - Foto
12-08-2023, 17:05
111

“Azəriqaz”ın növbəti aksiyası bu rayonlarda keçiriləcək - Foto

VETENİM-AZERBAYCANDIR.AZ

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
VETENİM-AZERBAYCANDIR.AZ   xəbər verir ki, aksiya növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-dək keçiriləcək.
Aksiya həftənin 1-ci günü Samux rayonu, Çobanabdallı kəndində (kənd tam orta məktəbinin qarşısı), 2-ci günü Göygöl rayonu, Hacıkənd kəndində (Nizami Gəncəvi Parkı ), 4-cü günü Goranboy rayonu, Rəhimli kəndində (kənd tam orta məktəbinin qarşısı), 5-ci günü isə Naftalan rayonu, Xan Qərvənd kəndində (Mirzə Məmmədov adına tam orta məktəbin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Akisya 14-15.08.2023 və 17-18.08.2023 tarixlərini əhatə edəcək.


VETENİM-AZERBAYCANDIR.AZ

Oxşar xəbərlər