Ərdoğan Putinlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
7-08-2023, 20:25
256

Ərdoğan Putinlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

ÖNDERTV.ORG

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək. ÖNDERTV.ORG TurkicWorld-a istinadən məlumatına görə, tərəflərin görüş zamanı Zəngəzur dəhlizi layihəsi, Suriyadakı son vəziyyət, Taxıl Dəhlizi Sazişi və ikitərəfli ticarət əlaqələrini də müzakirə etməsi gözlənilir.

Qeyd edək ki, Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi açıqlanmasa da, səfərin avqust ayında baş tutacağı gözlənilir.
Milli.Az

Oxşar xəbərlər