Tramp bu ittihamlara görə özünü təqsirli bilməyib
5-08-2023, 07:42
123

Tramp bu ittihamlara görə özünü təqsirli bilməyib

 
ÖNDERTV.ORG

ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tramp özünü məxfi sənədlərin qanunsuz saxlanılması ilə bağlı yeni ittihamlar üzrə təqsirli saymayıb.
Bildirilib ki, 2022-ci ilin avqustunda Federal Təhlükəsizlik Bürosunun işçiləri Trampın Floridadakı iqamətgahında Ağ Evi tərk etdikdən sonra saxladığı azı 300 məxfi sənəd tapıblar.
Məlumata görə, avqustun 10-da Trampa qarşı üç əlavə maddə üzrə ittiham irəli sürüləcək.
İrəli sürülən üç iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-nin sabiq Prezidenti Donald Tramp 561 ilədək həbs cəzasına məhkum oluna bilər.

Oxşar xəbərlər