Erməni vandalları hələ də çirkin siyasətlərindən əl çəkmək niyyətində deyil-MÜSAHİBƏ
13-09-2022, 23:36
96

Erməni vandalları hələ də çirkin siyasətlərindən əl çəkmək niyyətində deyil-MÜSAHİBƏ

Hollond diasporunun Azərbaycan - Türkiyə sədri İlhan bəy Yeniproqnoz az saytının rəhbəri Xanım Bağırlıya onlayn müsahibə verib. Müsahibəni olduğu kimin dərc edirik."Bildiyimiz kimi son zamanlar Avropa və Azərbaycan Respublikası arasında həm siyasi, həm iqtisadi cəhətdən yaranmış isti münasibət Ermənistan respublikasında qısqanclığa səbəb olmuşdur. Bu münasinətlərə mane olmaq üçün erməni vandalları hər bir vasitələrə əl atmağa çalışırlar.
Sentyabrın 12- də gecə saatlarında  Azərbaycan- Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı təxribat baş vermişdir. Aldığımız məlumata görə baş vermiş təxribat zamanı şəhid olmuş zabit və əsgərlərimiz vardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfalar versin.
Videolardan göründüyü kimi bizim əsgərlərimiz ermənilərlə mücadilə etməsinə baxmayarq, erməni yaralısına ilk tibbi yardım göstərirlər. Baxın budur Azərbaycan xalqının, əsgərinin əqidəsi, tutduğu siyasət, sülhün bərqərar olunması.
Biz erməni analarına üz tutaraq xatırlatmaq isyəyirik ki, övladlarınızı havadarlarınıza arxayın olaraq başqasının torpağına təcavüz etməyə göndərib qurban etməyin.
Hər kəsə məlum olduğu kimi 1905- ci ildən bu yana ,1992- ci ilədək azərbaycanlılar öz doğma torpaqlarından 4( dörd) dəfə deportasiyaya məruz qalıblar. Azərbaycanlılara soyqırım və qətliamlar edərək, ağılasığmaz acılar yaşadılmış və Xocalı faciəsi törədilmişdir. Dünən gecə başlanan bu təxribat bir daha sübut efir ki, erməni vandalları hələ də çirkin siyasətlərindən əl çəkmək niyyətində deyil.
Biz hər zaman Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin siyasətini bəyənir və dəstək olaraq daim ordumuzun, əsgərlərimizin yamında olduğumuzu bəyan edirik. Biz harda oluruqsa olaq, fərq etməz, daim birlikdə daha güclü olacağıq.
Hollandiya, Azərbaycan - Türk Kultur Dərnəyinin rəhbəri: İlhan Aşkın
Hollandiya, Azərbaycan - Türk Kultur Dərnəyinin Azərbaycandakı təmsilçisi və ADU - nun dosenti Həqiqət Hacıyeva"




VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

Oxşar xəbərlər