BMT-dən Fransada baş verən olaylara REAKSİYA
30-06-2023, 17:35
105

BMT-dən Fransada baş verən olaylara REAKSİYA

ÖNDERTV.ORG
Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransadakı hadisələrə reaksiya verib.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, təşkilat polisin gənc vətəndaşa qarşı silah tətbiq etməsi iddiasının operativ surətdə araşdırılmalı olduğunu bildirib.
"Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb", - deyə BMT-dən bildirilib.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.


ÖNDERTV.ORG

Oxşar xəbərlər