Siyasət
7-01-2023, 21:03
163
İran Hüquq-Mühafizə Qüvvələrinə yeni baş komandan təyin olundu
ÖNDERTV.ORG
General Əhmədrza Radan İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunub.
ÖNDERTV.ORG teleqraf.com-a istinadən bildirir ki, bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin tviter səhifəsində məlumat yayılıb.
O, bu postda briqada generalı Hüseyn Əştərini əvəzləyib.
Ali rəhbər yeni komandana polis təşkilatının imkanlarının təkmilləşdirilməsini, əməkdaşların ləyaqətinin qorunmasını və müxtəlif təhlükəsizlik sahələri üçün ixtisaslaşmış polislərin hazırlanmasını başlıca tövsiyə olaraq vurğulayıb. Xamenei qeyd edib ki, dövlətin müxtəlif qurumlarının hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi gözlənilir.