Kanadada dörd uşaq balıq tutarkən öldü
4-06-2023, 14:10
33

Kanadada dörd uşaq balıq tutarkən öldü

ÖNDERTV.ORG

Kanadanın Kvebek əyalətində 4 uşaq balıq tutarkən onları su aparıb.
ÖNDERTV.ORG report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.
Hadisə Kot Nor bölgəsindəki Portnöf-Sür-Merdə Müqəddəs Lourens çayında 11 nəfərdən ibarət qrup suda olarkən baş verib.
Məlumata görə, güclü axın 4 uşaq və 30 yaşlı kişi olmaqla 5 nəfəri aparıb. Daha sonra xilasedicilər huşsuz vəziyyətdə olan uşaqları taparaq xəstəxanaya çatdırıblar və onların öldüyü məlum olub.
İtkin düşən kişinin isə axtarışları davam edir.



ÖNDERTV.ORG

Oxşar xəbərlər