ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək
18-05-2023, 13:53
178

ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək

ONDERTV.ORG

Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT yaxın mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi sınaqdan keçiriləcək.
ONDERTV.ORG TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə ROKETSAN şirkətinin direktoru Murat İkinci bildirib.
M.İkinci onu da əlavə ki, müdafiə sisteminin əsas döyüş sursatı "Sungur"dan istehsal edilən raket olacaq. Raket üzərində "Sungur"la yanaşı passiv axtarış başlıqları və RF axtarış başlıqları olacaq.
Məlumata əsasən, LEVENT HHM-in həm avtonom, həm də gəmi sensor sistemləri ilə inteqrasiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyədə hazırda ABŞ-dan tədarük edilən RIM-116 RAM yaxın mənzilli HHM sistemindən istifadə edilir. LEVENT HHM-in istehsalı ilə xaricdən olan bu asılılığın aradan qaldırılması hədəflənir.


ONDERTV.ORG

Oxşar xəbərlər