Zelenski Ukraynanın hava müdafiəsinin daha da güclənəcəyini bildirib
20-04-2023, 10:20
65

Zelenski Ukraynanın hava müdafiəsinin daha da güclənəcəyini bildirib

ÖNDERTV.ORG

Ukrayna artıq bu gün ciddi hava müdafiə sistemlərinə malikdir, yaxın vaxtda isə daha da güclü olacaq.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Belarusla sərhəd ərazilərindən səfərdən qayıdarkən qatardan yayımladığı 
videomüraciətdə bildirib.
Prezident Rusiyanın zərbələrinə qarşı hava hücumundan müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün “dövlət səviyyəsində hər şey edildiyini” vurğulayıb:
“Hava hücumundan müdafiə sistemləri və səmanı qorumaq üçün digər silahlar Ukraynada artıq çox ciddidir. Ancaq daha güclü olmalıdır və əminəm ki, olacaq”.
Xatırladaq ki, aprelin 19-da Ukrayna lideri ölkəsinin Belarusla sərhədyanı bölgəsində yerləşən ərazilərə səfər edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər