“Türkiyə gözəli” Millət vəkili seçildi
16-05-2023, 20:34
386

“Türkiyə gözəli” Millət vəkili seçildi

ÖNDERTV.ORG      
Rəsmi olaraq açıqlanmayan nəticələrə görə, Türkiyədə keçirilən 28-ci çağırış parlament seçkilərində millət vəkili seçilən şəxslər arasında keçmiş “Türkiyə gözəli” Seda Sarıbaş da var.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, AK Partiyanın namizədi Seda Sarıbaş Aydında millət vəkili mandatını qazanıb. Seda Sarıbaş barəsində diqqət çəkən məqamlardan biri də onun keçmiş model olmasıdır. O, 2006-cı ildə “Türkiyə gözəli” də seçilib.
İki övladı olan Seda Sarıbaş müsahibələrindən birində modellikdən biznesə, oradan da siyasətə keçdiyini qeyd edib:
"Siyasətə bağlılıq onsuz da ailəmizdə var idi. Atam və həyat yoldaşım siyasətdən gələn insanlardır. Onların böyük dəstəyini hiss etmişəm. Yoluma AK Partiya ilə başladım və davam edəcəm. Siyasətdə yoldaşım hər zaman mənə kömək edir".
Seda Sarıbaş kimdir, kaç yaşında, nereli Aydın AK Parti 2023 Milletvekili Seda Sarıbaşın hayatı


ÖNDERTV.ORG       

Oxşar xəbərlər