İstanbulda 11 milyondan çox insan səsvermədə iştirak edəcək
14-05-2023, 09:50
69

İstanbulda 11 milyondan çox insan səsvermədə iştirak edəcək

ÖNDERTV.ORG

Türkiyənin İstanbul şəhərində 11 milyon 350 min 636 nəfər səsvermədə iştirak edəcək.

ÖNDERTV.ORG TurkicWorld-a istinadən xəbər verir ki, şəhərdə istifadəyə verilən sandıq sayısı 30 min 803-dür.
Qeyd edək ki, seçiçi sayının çoxluğu ilə Ankara ikinci sırada gəlir.
Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.
Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.
Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər.
Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.
Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.
Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Səsvermə 73 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.



ÖNDERTV.ORG


Oxşar xəbərlər