Gündəm
4-05-2023, 13:55
77
Əhməd Haradadır? filmin 60 illiyi ilə bağlı tədbir təşkil olunmuşdur.
ÖNDERTV.ORG

Azərbaycan Respublikasınımn Mədəniyyət Nazirliyinin C.Cabbarlı adına respublika gənclər kitabxanasının konfrans zalında Əhməd Haradadır ? filminin 60 illiyi münasibəti ilə, filmdə Sürücü Əhməd rolunun ifacısı. Azərbaycanın əməkdar artisti Elxan Qasımovla görüş təşkil olunmuşdur. “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşkilatcılığı ilə, təşkil olunan tədbiri giriş sözü ilə acan, DAHD i.b prezidenti Tofiq Əli-zadə bildirdi ki, bu il “Əhməd Haradadır ?” filminin 60 yaşı olur. Bu bir insan ömrüdür , Amma bizlər hər dəfə o filmə baxanda özümüzü 60 cı illərdə kimi hiss edirik. Elxan Qasımov, adı Azərbaycan kino tarixində qızıl həriflərlə yazılacaq şəxsiyyətli kino aktyorlardan biridir. Deyildi ki,Senario müəllifi Sabit Rəhman, Filmin rejisoru Ədil İskəndərov, Bəstəkarı Rauf Hacıyevdir.Şofer Əhməd rolunun ifacısı Elxan Qasımov, Ceyran rolunun ifacısı isə Gürcü aktrisası Nona Paçuaşvili cəkilişdilər. Sonra filmdə Elxan Qasımovun cəkildiyi epizodlara baxış oldu.Daha sonra Tofiq Əli-zadə, Azərbaycan kinosunun inkişafında uzun illər xidmətlərinə görə, Elxan Qasımovu “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” təşkilatının Fəxri Fərmanı ilə təltif etdi və sözü Elxan Qasımova verdi. Məzmunlu və uzun illərin tarixinə söykənən Əhməd Haradır ? filmi haqqında xatirələrini danışan Elxan Qasımov dedi ki,1962-ci ildə Mən instituta gələndə kursu Adil İsgəndərov yığırdı. Demə, o vaxt "Əhməd hardadır?" filminin ssenarisi də hazır imiş.O vaxt bilmirdim ki, ssenari 2 il əvvəl yazılır.Başa düşdüm nə demək istəyirsiniz. Adil İsgəndərovun qrupunda elə şey ola bilməzdi. Heç ağlımıza da gəlmirdi. Əvvəla, bizi idarə edirdilər: araq içmə, çaxır içmə, saçını qırxma. Sonradan bildim ki, Ceyran rolunun ifaçısı Nona Paçuaşvili təzə ərə gedibmiş. Ona demişdilər ki, hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. "İnturist"də qalırdılar. Gecə ərini maqnitofondan "tok" vurdu. Yoldaşı Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Ona görə də heç kim heç nə deyə bilmədi.Kino çox çətindir. Məsələn, Ceyranın qardaşı Əhməd evdən küsüb gedəndə otağı pavilyonda çəkirlər, çamadanı yığır, hasardan tullanır. Hasardan düşür Hacıkənddə. Amma it dalınca düşən yer Göyçaydadır. Kiçik bir epizod üç məkanda çəkilib.Mənim ən yaxşı epizodlarım Yaşıl Teatrdakı rəqslərimdir. Orda bəzi yerlərdə qızı uzaqdan göstərirlər. Çünki Nona artıq hamilədir. Diqqətlə baxanda bilinir.60 ildir Şofer Əhmədlə "gedirəm". Köhnəldikcə tamaşaçı daha yaxşı qarşılayır.Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə getmişəm, basketbolla, voleybolla məşğul olmuşam. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında Bakıya yarışa gəlmişəm, Bakıda rəqqas kimi festival laureatı olmuşam. Yaşıl Teatr açılanda onun səhnəsində ilk rəqs edənlərdən biriyəm. Bütün bunlar 1962-ci ilə qədər baş verib. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olmuşam, ölkəiçi və ölkə xaricinə qastrollara getmişəm. Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs almışam.Daha sonra filmdə Elxan Qasımıvun oynadığı rəksə baxıldı.Cıxış edən Azərbaycan dövlət akademik rəqs ansambılının bədii rəhbəri, xalq artisti Rüfət Xəlil-zadə, dedi ki, 60 il öncə Elxan Qasımovun oynadığı milli rəqslər,cox böyük peşəkarlıqla ifa olunub..Bu da səbəbsiz deyil, cünki. Elxan Qasımov Azərbaycanın xalq artisti, korifey rəqs ustadımız Əlibaba Abdullayevdən dərslər almışdır.Xalq artisti, rəqqas Xanlar Bəşirov da, Elxan müəllimin filmdə ifa etdiyi milli rəqs barədə cox gözəl fikirlər soylədi.Tədbir zamanı Tofiq Əli-zadə Azərbaycan milli rəqslərinin təbliği və inkişafında xidmətlərinə gorə , Azərbaycan dövlət akademik rəqs ansambılının bədii rəhbəri, xalq artisti Rüfət Xəlil-zadəni də ,DAHD təşkilatının Fəxri Fərmanı ilə də təltif etdi . Daha sonra “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,Çarcı jurlanının yenicə capdan cıxmış sayında Elxan Qasımovla bağlı yazını və foto şəkilləri tədbir iştirakçılarına təqdim edərək, Elxan müəllimə can saglığı arzuladı.Sonra cıxış edənlər,xalq artisti Şamil Süleymanov, şəhid anası Dürnisə Əliyeva, Tahir Sadıqov. Şairələrdən Diğuşə xanım , Aygün Hüseyn.,Firuzə Əsədullayeva və başqaları cıxışları zamanı Elxan Qasımova can saglığı arzuladılar,Sonda tədbirə gələnlər qonaqlar tərəfindən Elxan Qasımıva hədiyyələr verildi və xatirə şəkilləri cəkildi