İlham Əliyev TƏBİB-lə bağlı Fərman imzaladı
1-05-2023, 18:21
102

İlham Əliyev TƏBİB-lə bağlı Fərman imzaladı

ÖNDERTV.ORG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nizamnaməsi təsdiq edilib.
ÖNDERTV.ORG xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiqlənib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlididir.









ÖNDERTV.ORG

Oxşar xəbərlər