Ukraynaya raket hücumları: Kiyevin 80 faizi susuz qaldı - YENİLƏNİB + FOTO/VİDEO
31-10-2022, 14:15
74

Ukraynaya raket hücumları: Kiyevin 80 faizi susuz qaldı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumlarında bır sıra mühüm infrastruktur obyektləri zədələnib.
Belə ki, Kiyevdə 350 minə yaxın mənzili təmin edən enerji obyekti zədələnib.
Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna paytaxtında həmçinin su təchizatında da problemlər yaranıb, istehlakçıların 80%-i susuz qalıb.
Bundan başqa Kirovoqrad vilayəti Svetlovodsk ərazisində Kremençuq su elektrik stansiyası (SES) vurulub.
Zaporojye yerli hökuməti Dnepr SES-in yarımstansiyası vurulduğu və yanğın baş verdiyi barədə məlumat yayıb.
Çernovtsı vilayətinin səlahiyyətliləri isə Moldova ilə sərhəd yaxınlığında yerləşən Novodnestr SES-ə ciddi ziyan dəydiyi barədə xəbər veriblər.
Qeyd edək ki, bütün Ukraynada elan edilmiş hava hücumu xəbərdarlığı artıq ölkənin demək olar ki, bütün regionlarında, o cümlədən Kiyevdə dayandırılıb.


Oktyabrın 31-i səhər Ukraynada genişmiqyaslı hava hücumu ilə açılıb. Rusiya ordusu çoxsaylı raketlər atıb, şəhərlərdə partlayış səsləri eşidilib.
Bildirilir ki, səhər saat 7 radələrində bir çox ərazilərdə hava həyəcanı elan edilib, az sonra Rusiya qüvvələrinin 15-ə yaxın raket atdığı məlum olub.

Kiyev, Vinnitsa və Poltava vilayət hərbi idarələrinin rəhbərləri hava hücumundan müdafiə sistemlərinin işini rəsmən təsdiqləyiblər. Bundan əlavə, yerli kanallar Dnepr və Zaporojye ətraflarında partlayışlar barədə məlumat verirlər.
Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” kanalında Ukrayna səmasında düşmənin 40-a yaxın raketinin olması barədə məlumatın olduğunu bildirib.





Mənbə: Telegraf

ÖNDERTV.ORG

Oxşar xəbərlər