Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi və Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi
8-04-2023, 19:55
558

Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi və Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi

ÖNDERTV.ORG

7 aprel 2023-cü il tarixində  Azərbaycan Respublikası  Sahibkar Qadınlar  İctimai Birliyinin  baş  ofisində  əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi  baş tutmuşdur. Açılışı  moderator - Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini, Təhsil Müəssisələrinin Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının idarə heyətinin rəhbər üzvü, Humanist Pedaqogika Cəngavəri, təhsil idarəçisi, Afaq Əliyeva  etmişdir. 
   
 Azərbaycan  Respublikasının Dövlət Himni səsləndikdən  sonra Vətən torpağlarımızın uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Memorandum haqqında məlumat verildikdən sonra çıxış etmələri üçün söz İctimai Birliklərin sədrlərinə verilmişdir.
   
 Azərbaycan  Respublikası Sahibkar  Qadınlar İctimai Birliyinin təsisçisi və sədri, Tərəqqi medalı, III Dərəcəli Əmək ordeni laureatı, tanınmış sahibkar, Qızıl əllər MMC-nin təsisçisi Zenfira Ağayeva çıxışında bildirdi ki,  Sahibkarlığın inkişafı sahəsində uğurlar ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi və qoyduğu irsi ilə bağlıdır.  Bu gün imzalanan sənəd İki tərəf arasındakı mövcud əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur.
   
Daha sonra Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının təsisçisi və sədri, “Meridian” Humanitar İctimai Birliyin sədri və təsisçisi, “Uğur” tikinti şirkətinin prezidenti, “Baby Hall” körpələr evi - uşaq bağçasının sahibi və rəhbəri, “Beauty Hall” sağlamlıq və gözəllik mərkəzinin sahibi Vəfa Əfəndiyeva çıxış edərək söylədi ki, ölkə prezidentinin apardığı siyasət səhibkarlığın inkişafına xüsusi dəstək verir. Sahibkarlar arasında və şirkətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi vacibdir. 
     
 Daha sonra Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, sahibkar hazırlığı istiqamətində yeni texnologiyaların və innovasiya proqramlarının tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədə uyğundur. Daha sonra söz Azcosmetics Qrup   MMC təsisçi və direktoru Ulduz Xanlarovaya verildi. 
     
Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədr müavini, "Top tours"  turizm  şirkəti  təsisçi  direktor,  "Hlorella Newbio Baku"  şirkətin  rəsmi nümayəndəsi, "Zenith Group" şirkətinin satış  direktoru,  "Chokolama"  markalı  şokolad  istehsalçısı İlhamə Şirinova çıxış etdi: Tərəflər arasında elmi-praktik əməkdaşlıq, innovasiyaların tətbiqi, kadr hazırlığı, məlumat mübadiləsinin aparılması məqsədilə mütəxəssis və peşəkarların cəlb olunması, məşğələ, tədbir, konfrans, seminar və görüşlərin keçirilməsinin əhəmiyyətini  qeyd etdi.
   
Daha sonra CVM  Jewellery   MMC- nin təsisçi  direktoru,  Vəsfi   Xarə   MMC-nin   təsisçi  direktoru və  “Umay” Türk  dünyası  qadınlarına  dəstək  İB-nin sədri Vəsilə Abulova çıxışında  bildirdi ki, iki tərəf arasında yeni layihələrin işlənməsi sahəsində hüquq bazasının təkmilləşdirilməsi yaxşı haldır. Daha  “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin təsisçisi və sədri, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud çıxışında bildirdi ki, iki birlik arasında əməkdaşlıq zamanı etibarlılığın təmin edilməsi həqiqətən rəğbətəlayiqdir.     
   
Çıxışlar sona çatdıqdan sonra memorandumun imzalanma mərasimi baş tutdu. Mərasimdə iştirak edən qonaqlar sədrləri və birliklərin üzvlərini təbrik etdi. 


VETENİM-AZERBAYCANDIR.AZ xəbərlər informasiya portalının  b
aş redaktor Kamran Orucov 


ÖNDERTV.ORG

Oxşar xəbərlər