“Ermənistanla bağlı hökm verilib, İrəvan....” - Erməni politoloq
7-04-2023, 08:25
159

“Ermənistanla bağlı hökm verilib, İrəvan....” - Erməni politoloq

ÖNDERTV.ORG
“Azərbaycanın hansı siyasəti yeritdiyi göz qabağındadır, amma Ermənistanın addımları bəlli deyil”. 
 
ÖNDERTV.ORG xəbər verir ki, bunu erməni politoloq Qurgen Simonyan deyib. 

Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin siyasəti şübhələrə əsas verir.

“Biz Moskvadan təəccüblü açıqlamalar eşitdik, lakin Ermənistan Xarici İşlər Nazirliyi heç bir reaksiya vermədi. Biz müxtəlif fobiyaların pəncəsindəyik, ümid edirik ki, qorxu siyasətini həyata keçirməklə problemlər bizdən yan keçəcək. Ermənistan artıq iki kresloda oturacaq vəziyyətdə deyil, icazə verməyəcəklər, qərar vermək lazımdır. İndi qərar verməsək, sonra daha yüksək qiymət ödəyəcəyik”, - deyə Simonyan qeyd edib.

Erməni politoloq hesab edir ki, Ermənistanla bağlı hökm verilib, İrəvan bağışlanmayacaq.

“Ermənistan sivilizasiyalar kanalının mərkəzi rolunu öz üzərinə götürməlidir. Ermənistan öz infrastrukturu ilə dünya üçün vacib bir domen, mərkəzdir”, - deyə o əlavə edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər