UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR.
6-04-2023, 22:41
116

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR.

ÖNDERTV.ORG



BMT.nin 18.12.2007ci il tarixli qərarı ilə 2Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq 02.04.2023 ci il tarixində Baki Modern Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzinin  "Dünya Autizm Maarifləndirmə gününə" təşkil etdiyi Erkən İnkişaf Problemləri, Sağlam Ailə-Sağlam Övlad adlı, Elmi _Praktiki Konfrans təşkil edildi.
Konfransı giriş sözü ilə Mərkəz  Rəhbəri, Psixoloq Həcər Soltanova açıq elan etdi. Eyni zamanda Tibb sahəsində öz xüsusi imzası ilə tanınmış Həkimlər, Pedoqoqlar, Psixoloq, Loqopedlər mərkəzin  autizm-spektr pozuntusu olan uşaqlara individual yanaşması və təşkilatçılıq inkişafı haqqında fəxrlə çıxış etdilər.
Daha sonra Mərkəzdə Uğurla Reabilitasiya keçən uşaqların valideynlərinə çıxış üçün söz verildi.  Mərkəz Rəhbəri Həcər xanım Soltanovanın Autizm Problemi ilə qarşılaşan ailələrə  Motivasiya mənbəyi bəxş etdiyini hər bir Valideyin öz çıxışında qürur hissi ilə qeyd edirdi.
Konfrans bir sıra Elmi faktlar və maraqlı çıxışlarla yadda qaldı.   Konfrans yekunu iştirakçılara Təşəkkürnamə və Sertifikat mükafatları  təqdim edildi.
Onu da qeyd edim ki, Psixoloq kimi hamının inam və ehtimadını doğruldan Həcər xanım Soltanovanın yeni nəşr edilmiş "Erkən psixoloji inkişafı izlə" kitabı artıq oxucuların ixtiyarına verilmişdir..

Dəyərlimiz Psixoloq Həcər xanım Soltanova 
 ONDERTV.ORG xeber portalına verdiyi müsahibəsi ilə fədakarlığını bir daha təsdiq etdi:- "Uşaqlar bizim gələcəyimizdir. Onlar nə qədər fərqli olsalar da inkişafdan, təhsildən, ünsiyyətdən və sevgidən kənar qalmamalıdırlar. Onlar sadəcə fərqlidirlər. 


Fərqlilik özü də bir özəllikdir. Hər bir uşağa diqqət və qayğı bizim ən ümdə vəzifəmizdir."
Biz də Həcər xanım Soltanovaya xoşməramlı missiyası üçün təşəkkür edirik. Bu ciddi və məsuliyyətli işdə ona uğurlar diləyirik..


ÖNDERTV.ORG xeber portalı İcraçı direktor: Naile Muradova
.

ÖNDERTV.ORG

Oxşar xəbərlər