Qarabağda erməni separatçı-terrorçuların bir-birinin ardınca təxribatçı fəaliyyətinin əsl hədəfi bəlli olub.
ÖNDERTV.ORG Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndələrinin erməni icması ilə görüşlərini və inteqrasiya prosesini dayandırmağı məqsəd seçən separatçılar bu görüşləri "tərəflər arasında danışıq" kimi təqdim etməyə və şərtlər irəli sürməyə başlayıblar.
Ötən gün separatçıların lideri Araik Arutyunyanın "müşaviri" David Babayan Azərbaycana inteqrasiya prosesinə qoşulan insanları qətlə yetirməklə hədələyib, bunun ardınca isə "yeni dövlət naziri" Qurgen Nersisyan açıqlama verərək, danışıqlara "razı olmayacaqlarını" bildirib.
"Yaxın günlərdə Azərbaycan nümayəndələri ilə görüş və müzakirə olmayacaq. İstənilən müzakirə üçün şərtlər və nəticə olmalıdır", - o deyib.
Nersisyan iddia edib ki, "görüş naminə görüş" keçirmək fikirləri yoxdur:
"Görüş konkret məsələlərin müzakirəsi üçün keçirilməlidir. Top Azərbaycandadır və Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir".
Onun sözlərinə görə, yalnız Laçın yolu açıldıqdan sonra Azərbaycan nümayəndəsi ilə danışıqlar masasına otura bilərlər:
"Əgər Azərbaycan öz öhdəliyini yerinə yetirmirsə, hansı müzakirədən söhbət gedə bilər? Bakı müharibənin nəticələrindən və müharibədən sonrakı vəziyyətdən istifadə edərək, mümkün qədər çox tələblər irəli sürməyə çalışır. Amma bizim də qırmızı xətlərimiz var və biz hansı məsələlərin müzakirə oluna biləcəyini, hansıların müzakirə olunmayacağını göstəririk".
Nersisyan "Qarabağ probleminin həlli üçün istənilən danışıqlara hazır olduqlarını" da vurğulayıb və bu sözlərlə guya danışıqların tərəfi olduqlarını göstərməyə çalışıb. Buna baxmayaraq, danışıqlarda "balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün" üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edib.
Azərbaycanın davamlı olaraq Qarabağın tabeliyindən danışması artıq onu göstərir ki, Bakının bu məqsədə çatmaqda problemləri var" - deyən Nersisyan iddia edib ki, əvvəlki görüşlərdə texniki və ya infrastrukturun rahat işləməsi ilə bağlı məsələlər müzakirə olunub, bu isə Azərbaycanın öz məqsədlərinin həyata keçirilməsinin mümkünsüz olduğunu başa düşməsi deməkdir:
"Son görüşlə bağlı Azərbaycan hansısa inteqrasiya ilə bağlı bəyanat yaymışdı, lakin biz qərara gəldik ki, müzakirələr və ya təmaslar yalnız mövcud problemlər ətrafında aparıla bilər. Bunlara qaz və elektrik enerjisinin verilişində maneələrin aradan qaldırılması, eləcə də yolun açılması daxildir".
O, hətta 2022-ci il dekabrın əvvəlində azərbaycanlı mütəxəssislərin mədənlərə girişinə icazə verilməsini "konstruktiv mövqe" ilə izah edib və dərhal da deyib ki, biz bu mövqedən imtina etdik. Nersisyan bu imtinanın səbəbini məntiqlə aydınlaşdıra da bilməyib.
Xatırladaq ki, Laçın yolunda 12 dekabr 2022-ci ildə başlayan və hələ də davam edən aksiyanın səbəbi də ermənilərin bu pozucu fəaliyyəti, monitorinqə imkan verməməsi, mədənlərin talanması, ətraf mühitə sağalmaz ziyan vurulması və sərvətlərimizin ölkədən daşınması, əvəzində isə separatçılar üçün silah-sursat gətirilməsidir.
Nersisyan yekun olaraq bu şərtlərlə Azərbaycanın danışıqlar prosesinə qoşulması üçün "beynəlxalq təzyiqdən" istifadə edilməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, Qarabağdakı separatçılar Azərbaycan Milli Məclisinin deputatının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri "Bakı ilə danışıqlar" statusuna qaldırmaq və özlərini tərəf kimi göstərmək istəyirlər və bu istiqamətdə də təbliğat aparırlar.
Halbuki Azərbaycan deputat səviyyəsində nümayəndə göndərməklə, erməni icması ilə yalnız inteqrasiya məsələsini müzakirə edir. Erməni separatçıların bundan sui-istifadə edəcəyi təqdirdə isə "danışıqları" artıq deputat Ramin Məmmədov aparmayacaq, Hirmət Mirzəyev aparacaq.
Hikmət Mirzəyev isə "danışıq apara" bilmir, amma erməniləri başa salmağı əla bacarır.

Gündəm / Siyasət
8-03-2023, 14:24
235
Nersisyanın Bakıya şok şərti: “danışığa” Mirzəyev gedəcək
ÖNDERTV.ORG
ÖNDERTV.ORG
Oxşar xəbərlər
Son Xəbərlər
-
Orxan Mahmudlu: "Dövlət qurumları və özəl şirkətlər COP29 zolaqlarından istifadə üçün müraciət etməsinlər"
-
Britaniya səfiri Azərbaycanın Müstəqillik Gününü təbrik edib
-
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
-
26 İYUN-DÜNYANIN GÜCLÜ ORDULARI SIRASINDA YERLƏŞƏN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI GÜNÜDÜR
-
Kəmaləddin Heydərov generalın təqaüdə göndərilməsi ilə bağlı əmr imzaladı
-
IV "Yüksəliş" müsabiqəsinin qalibi "Azəriqaz"ın baş direktorunun müavini təyin edilib
-
Yevgeni Kukseviç milli komandanın baş məşqçisi təyin edilib
-
Müzəffər, qüdrətli və müasir ordu
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Prezident: "8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır"
-
Leyla Əliyeva sosial şəbəkə hesabında Xızıdan paylaşım edib
-
Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var
-
İranın Baş Qərargah rəisi: ABŞ-nin hücumuna uyğun şəkildə cavab verəcəyik
-
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Rafael Fiziyev: "Bu azarkeşlərin qarşısında uduza bilməzdim"
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
26 İYUN-DÜNYANIN GÜCLÜ ORDULARI SIRASINDA YERLƏŞƏN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI GÜNÜDÜR
17:19 -
Yevgeni Kukseviç milli komandanın baş məşqçisi təyin edilib
16:55 -
Kəmaləddin Heydərov generalın təqaüdə göndərilməsi ilə bağlı əmr imzaladı
17:08 -
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
17:31 -
IV "Yüksəliş" müsabiqəsinin qalibi "Azəriqaz"ın baş direktorunun müavini təyin edilib
16:57
-
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
01:13 -
Ceyhun Bayramov İstanbula işgüzar səfərə yola düşüb
00:41 -
Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
00:17 -
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
00:35 -
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib
22:09
-
Gənc İstedadın Rəngli Dünyası-Mədinə Həbibin Yaradıcılıq Yolu
22:24 -
RƏNA NƏCƏFQIZININ "QARA GÖZLÜ BİLƏRZİK" kitabı işıq üzü gördü .
22:22 -
Şahbaz Şərif: "Tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun yeni səviyyəyə qaldırmaq arzusundayıq"
15:55 -
Enerji siyasətində yeni çağ
14:44 -
Dostluq və qardaşlıq münasibətləri
18:43 -
ASQİB-nin sədri Zemfira xanım Ağayeva Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi
20:58 -
"28 May – Müstəqilliyin Zəfəri və Qüruru"
18:59 -
Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
00:37 -
Qurtuluşa aparan yol
23:53 -
Azərbaycanın müasir dövlətçiliyinin memarı Heydər Əliyev təkcə siyasi uzaqgörənliyi ilə deyil, eyni zamanda gənc nəslə olan sonsuz inamı ilə də tarixə adını qızıl hərflərlə yazdırıb.
10:23