ASAN XİDMƏT yoxsa    ÇAŞAN XİDMƏT ?!
13-12-2022, 21:58
248

ASAN XİDMƏT yoxsa ÇAŞAN XİDMƏT ?!


ÖNDERTV.ORG

12.12.2022ci il tarixində  Ulu Önderimizin anım günü,(Ruhu şad olsun),  Regionlardan əsasən Mingəçevir şəhərindən ONDERTV.ORG xeber portalına yönləndirilən  şikayət əsasında zəng  bizi şoka saldı.
 Ölkəmizdə Xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin tabeliyində olan "ASAN XİDMƏT" fəaliyyətindən artıq 10 il ötür..
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanla birgə  Azerbaycanın müstəqillik günündə,  Azerbaycan  modeli olan "ASAN XİDMƏT" mərkəzinin açılışına qatılmaları böyük ruh yüksəkliyi ilə qarşılandı.. Sevincimizin müddəti 6ay çəkdi..
Hazırda ölkəmizdə 23 "Asan xidmət" mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 12 dövlət və 30 özəl təşkilat əhaliyyə  ümumi 325 xidmət təqdim edir.
İlk baxışdan vətəndaşların tələbinə  uyğun göstəricisi kimi fəaliyyət göstərən ASAN xidmət" konseptinin- əslində əhaliyə göstərilən xidmət  haqqlarını ağıla sığmayacaq, əmək haqqına uymayacaq dərəcədə  kəllə çarxa çıxarılması millətin belini qırmaq deməkdir. Keçək şikayyətin mətləbinə..
"Rəhmətə gedən Anamın 
evinin  sənədləşdirilməsi üçün 2022006614 qeydiyyat nömrəli ərizə ilə Mingəçevir şəhər ASAN XİDMƏT"- mərkəzinə müraciət etdim. Bir müddət keçdikdən sonra sms.lə ərizəyə icra olunduğu barədə mesaj gəldi.
 Xidmət haqqı borcu: 143, 75Azn Rusum hakkı: 105 Azn.. Ümumi məbləğ: 248,75Azn.(fakt sms.lə.) Olmaqla  Asan xidmətə  8il əvvəl dünyasını dəyişən Anamın adına borc yazıldığı məlum oldu. Bizim böyüyüb, boya-başa çatdığımız, Anamın isə 75il yaşadığı, Atamdan miras qalan evi
Dövlət rüsumu(105Azn) ilə ASAN xidmətin isə rəhmətlik Anama etdiyi xidmət haqqı 143,75Azn
təşkil etdi..
Rusum hakkını(105Azn) anladıq.Dövlət rüsumudur. Qanun qarşısnda məcburuq ödəməyə.
Dünyasını dəyişmiş bir insana Asan Xidmət mərkəzi 143,75Azn məbləğində hansı xidməti göstərdiyini anlaya bilmədim. O biri  dünyadan sənədmi gətirib imzalayıblar ?!
ACABA ?!""
 Əhalinin orta əmək haqqı 200-300Azn təşkil edən ölkədə yaşadığımızı unutmayaq..  Halal haqları olan, Valideyin mirası üçün övladın 1aylıq əmək haqqını 15dəqiqəlik  xidmətiniz  üçün tələb edəndə heç vicdanınız sızlamadımı ?!
Tələb etdiyiniz yüksək məbləğə hansı xidmətləriniz daxildir ?!
  "ASAN XİDMƏT"- adı altında Azerbaycanda  əhalinin rifah halının aşağı olduğu, kompensansiya ödənilməyən, uşaq pulu verilməyən bir dövlətdə hansı xidmət növü var ki, məbləği:  248,75Azn olsun ?! 
Bu da Azerbaycanda əhaliyə kömək yolunun ən ASAN  XİDMƏTİ !!!
Hara gedirik bu minvalla..
Dünən ULU ÖNDERİN anım günü ziyarətində, məzarı üstə çiçəklər düzərkən sizdən də Şikayyət etdim.


ZÜLM-ZİLLƏT-XİDMƏT NÜMAYƏNDƏLƏRİ.
ONDERTV.ORG.XƏBƏR PORTALI. İcraçı direktor.



ÖNDERTV.ORG

Oxşar xəbərlər