Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
30-07-2022, 16:42
113

Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

"Ondertv.org" xəbər verir ki, müraciətdə deyilir:
Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar səfirlik ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:
- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;
- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;
- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;
- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;
- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;
- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;
- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);
- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;
- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;
- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.
Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:
Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik)
Elektron poçt: [email protected]
Ünvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24
https://www.facebook.com/AzEmbUkraine
Konsulluq şöbəsinin qəbul saatları:
Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi: 15:00-17:00
Qeyd: şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq. 
Digər məlumat və tövsiyələrdən xəbərdar olmaq üçün səfirliyin feysbuk sosial şəbəkəsində səhifəsinin izlənməsini xahiş edirik.

Oxşar xəbərlər