ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi
24-07-2022, 09:05
104

ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri meymunçiçəyi xəstəliyinin sürətlə yayılmasını səhiyyə sahəsi üçün fövqəladə vəziyyət adlandırıb.

Ondertv.org” xəbər verir ki, bu haqda ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.
O, dünyada meymunçiçəyinə yoluxma riskinin orta səviyyədə olduğunu açıqlayıb.
Qebreyesus əlavə edib ki, ÜST dünyanın 75 ölkəsində bu xəstəliyə 16 mindən çox yoluxma hadisəsi və yoluxanlar arasında 5 ölüm halı qeydə alıb.




Oxşar xəbərlər