Rusiya BMT TŞ-nın Suriya ilə bağlı qətnaməsinə veto qoydu
9-07-2022, 02:14
76

Rusiya BMT TŞ-nın Suriya ilə bağlı qətnaməsinə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasında (TŞ) Norveç və İrlandiyanın Suriyaya humanitar yardımın transsərhəd çatdırılması üçün “Bab əl-Hava” keçid məntəqəsinin fəaliyyətinin bir il uzadılması ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə veto qoyub.

öndərtv.org” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, iki Qərb ölkəsi tərəfindən hazırlanan qətnamə layihəsində keçid məntəqəsinin işinin altı ay – 2023-cü il iyulun 10-dan yanvarın 10-dək uzadılması nəzərdə tutulurdu. Moskva əleyhinə səs verib, Çin bitərəf qalıb. Təhlükəsizlik Şurasının qalan üzvləri layihənin qəbulunu dəstəkləyiblər.
Bir il əvvəl qəbul edilmiş qətnaməyə əsasən, keçid məntəqəsinin fəaliyyətinin uzadılması şərti digər məsələlərlə yanaşı, humanitar yardımın xaricdən deyil, Suriya ərazisindən təmas xətləri vasitəsilə çatdırılması idi. Rusiya son bir ildə bu şərtin yerinə yetirilmədiyini dəfələrlə qeyd edib.

Oxşar xəbərlər