İsrail İranın PUA müəssisəsini vurdu
23-07-2022, 09:49
151

İsrail İranın PUA müəssisəsini vurdu

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib. Bu barədə “ondertv.org” UNİAN-a istinadən xəbər verir.

Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib. Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib. 

Oxşar xəbərlər