"Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi üçün çalışıb"
12-11-2022, 10:31
94

"Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi üçün çalışıb"

Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin simasında Azərbaycanın istisnasız xidmətləri var.
Bu barədə Trend-ə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi üçün çalışıb, eyni zamanda digər ölkələrlə də mehriban qonşuluq siyasəti yürüdüb:
"Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi yalnız və yalnız regionun rifahına xidmət edir. Dövlətlərimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələr hər zaman yüksək səviyyədə olub və bundan sonra daha da möhkəmlənəcək və Azərbaycan bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib", - Administrasiyanın açıqlamasında deyilib
Əlavə edilib ki, türk dünyasının coğrafi sərhədləri kiçik deyil və strateji əhəmiyyətə malikdir.
"Coğrafi, mədəni, iqtisadi və siyasi əlaqələrimiz bu bölgənin bundan sonra da öz aktuallığını qoruyub saxlamaqla yanaşı, cazibə mərkəzi olacağını söyləməyə əsas verir.
Heç şübhəsiz, bütün bunlarda Azərbaycanın rolu həddən artıq böyükdür",- açıqlamada vurğulanır.






ÖNDERTV.ORG

Oxşar xəbərlər