Rusiyanın ön cəbhədəki bütöv bir alayı döyüşdən imtina edərək qiyama qalxdı...-RƏSMİ
6-09-2022, 11:01
90

Rusiyanın ön cəbhədəki bütöv bir alayı döyüşdən imtina edərək qiyama qalxdı...-RƏSMİ

Rusiyanın Ukraynaya təzavüzünə qatılmış 1-ci ordu korpusunun 127-ci alayının hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina edərək  üsyana qalxıb.

Moderator.az  xəbər verir ki, Ukrayna mediası  bu haqda “Cənub” operativ komandanlığına istinadla məlumat yayıb.

 “İşğalçı qüvvələrin 1-ci ordu korpusunun 127-ci alayının hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan kollektiv imtina şəklində qiyamı  qeydə alınıb. Səbəblərdən biri də hərtərəfli dəstəyin qeyri-qənaətbəxş olması olub. Belə ki, ön mövqelərdə olan şəxsi heyət hətta susuz qalıb.
 
İşğalçı qüvvələrin xüsusi xidmət orqanları qiyamçılara qarşı tədbirlər görüb - onlar mövqelərdən çıxarılıb"- məlumatda belə deyilir.
 
Sultan Laçın


ÖNDERTV.ORG       

Oxşar xəbərlər