
Gündəm
6-03-2025, 17:25
327
ZƏRİF VƏ MƏRHƏMƏTLİ AZƏRBAYCAN XANIMI
ONDERTV.ORG
Azərbaycan qadını ülvilik,zəriflik,ismət rəmzidir.Azərbaycan qadını hər zaman öz istedadı,zəkası və möhkəm iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında hər zaman bir örnək olmuşdur.Tariximizin şanlı,parlaq səhifələrində özünəməxsus yer tutaraq dahilər yetişdirmiş,ailə dəyərlərinə sadiqlik nümayiş etdirmişdir.1975-ci ildən Beynəlxalq Qadınlar Günü qeyd edilir.Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında"2000-ci il 6 mart tarixli fərmanının icrası ilə əlaqədar aparılan uğurlu fəaliyyət respublikada qadınların təhsil,sahibkarlıq,rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi xeyli artmışdır.Bu isə Azərbaycan qadınına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan qaynaqlanır.
Hər bir qadın fərqlidir.Lakin bir amal birləşdirir qadınları,bir birinə bənzədir. O, Anadır!
Azərbaycan Respublikasının birinci xanımı,Azərbaycan xanımı,dəyərli ailə başçısı,qaygıkeş ana Mehriban Əliyeva!Sizi Beynəlxalq Qadınlar Günü,milli adət ənənələrimizi özündə əks etdirən Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!Sizə möhkəm cansağlığı,gözəl və sevinc dolu günlər,bütün işlərinizdə uğurlar arzulayıram!Uca Allah Sizi ,ailənizi və doğmalarınızı qorusun!
Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin təşkilatçı müavini ,
Azərbaycan Respublikası Qadınlar Cəmiyyətin Xaçmaz şəhər üzrə sədri Cəmiyeva Sədaqət Əskər qızı
