Prezident: İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır
26-10-2022, 17:06
124

Prezident: İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır

İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır
ÖNDERTV.ORG  AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda yer alıb.
"Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir.
Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir", - deyə məlumatda qeyd olunub.



ÖNDERTV.ORG

Oxşar xəbərlər